Qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Goranboy rayonu, Borsunlu kəndindəndir.

Unikal.org xəbər verir ki, şəhid olan əsgər - 2002-ci il təvəllüdlü Həmzəyev Əfqan Bəhram oğlunun sabah dəfn ediləcəyi gözlənilir. O, evin tək oğlu imiş.

Allah rəhmət eləsin!