"Mən şəxsən  erməni  qoşunların Zəngəzurdan çıxarılmasını əmr etmişəm". 

Unikal.org erməni mətbuatına istinadən xəbər verir  ki, bu sözləri Baş nazir Nikol Paşinyan Ermənistan parlamentində deputatların suallarını cavablandırarkən deyib.  

Onun sözlərinə görə, bu qərar hərbi əməliyyatların qarşısını almaq üçün verilib.

“Biz strateji əhəmiyyət kəsb edən yolu itirmək istəmirdik. Bu qərara və Zəngəzurdakı vəziyyətə görə bütün məsuliyyəti şəxsən özüm daşıyıram",-  deyə Paşinyan  qeyd edib. 

 Gülayə  Mecid