Sosial şəbəkələrdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında lentə alınan görüntülər müzakirələrə səbəb olub. Belə ki, yayılan görüntülərdə həkimin qəbuluna düşmək istəyən koronavirus xəstələrinin tualetdən keçməli olduqları görünür.

Məsələ ilə bağlı Yevlax RMX-nın baş həkimi Gülağa Əzizov Unikal.org-a açıqlamasında bildirib ki, xəstəxanalarda koronavirus xəstələrinin müayinəsi aparılmır:

"Onlar müayinə üçün yoluxucu şöbəyə göndərilir. Yoluxucu xəstəliklər şöbəsi isə box sistemi üzrə qurulub. Yəni, hər palatanın həyətə çıxış qapısı var və bu, sanitar qovşaqdan keçir. Məhz, başqa şəxslərlə təmas olmaması üçün xəstə həmin qapıdan qəbul edilir, müayinə olunur və yaxma götürülür. Əlavə olaraq da, nəzərinizə çatdıraq ki, həmin sanitar qovşaq hazırda  fəaliyyət göstərmir, işlək vəziyyətdə deyil".

Murad İbrahimli