“Star” telekanalında yayımlanan “Ada masalı” serialının yayım günü dəyişdirilib.

Unikal.org Türkiyə  KİV-ə istinadən xəbər verir ki, ekran işi bundan sonra çərşənbə axşamı yayımlanacaq.

Buna səbəb onun yetəri qədər reytinq verməməsi olub. Yaradıcı heyət serialın yayım gününü dəyişərək onu xilas etməyi düşünüb.

Qeyd edək ki, serialda baş rolları Alp Navruz ilə Ayça Ayşin Turan canlandırır.