UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Unikal.org xəbər verir ki,  ilk oyun gününə nəzərdə tutulan 8 matçdan 2-si başa çatıb.

G qrupunda Avstriya "Zaltsburq"u Almaniyada "Volfsburq"la qarşılaşıb. Qonaqlar qalib gələcəyi halda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Lakin görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər qarşılaşmasında İspaniya "Sevilya"sı Fransanın "Lill" klubunu qəbul edəcək.

H qrupunda isə İngiltərənin "Çelsi" komandası İsveçdə "Malmö"nü minimal hesabla üstələyib. Yeganə qolu 56-cı dəqiqədə Hakim Ziyeş vurub. Qrupun digər görüşü İtaliyada "Yuventus" və Rusiyanın "Zenit" klubları arasında keçiriləcək.