UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 2 oyunu keçirilib.

Unikal.org xəbər verir ki, B qrupunda İtaliya "Milan"ı evdə Portuqaliya "Portu"su ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 39-cu dəqiqədə qonaqların heyətində Luis Dias açıb. 61-ci dəqiqədə "Portu"nun futbolçusu Şansel Mbemba avtoqol müəllifi olub. Beləlik, Milan şəhərinin eyniadlı təmsilçiri qrup mərhələsində ilk xalını qazanıb. Qrupun digər oyununda İspaniyanın "Atletiko" (Madrid) komandası İngiltərədə "Liverpul"a qalib gələrsə, "Milan" pley-off şansını itirəcək.

Digər görüş D qrupunda baş tutub. "Real Madrid" İspaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) klubuna 2: hesabı ilə qalib gəlib. "Kral klubu"nun heyətində Kərim Benzema dubl edib. Donetsk təmsilçisində isə Fernando fərqlənib.