Bakıda Zəfər Günü münasibətilə qeyd olunan yürüşdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, qəza Kukla teatrı adlanan ərazidə qeydə alınıb. Belə ki, "VAZ-2107"markalı avtomobil hərəkətdə olan "Hyundai" markalı avtomobili vurub. Arxadan gələn "Prius"da "VAZ-2107" dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.  Əraziyə polis cəlb olunub.

Gülayə Mecid

Foto: Turqut Sultan