İranda ötən sutka ərzində 140 nəfər koronavirusdan (COVID-19) ölüb, 8 341 nəfər yoluxub.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 127 439 nəfərə, yoluxanların sayı isə 5 996 155 nəfərə çatıb. Virus daşıyıcılarından 3 669 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 615 460 nəfər koronavirusdan sağalıb, 36,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 94,9 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 55,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 198 min təşkil edir.