Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 187 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 357 832 nəfər test edilib, onların 27 834-nün koronavirus testi pozitiv nəticə verib, 28 255 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 117 562 317 peyvənd tətbiq edilib ki, bunun 89,68 faizi birinci, 79,38 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.