Hindistanda güclü musson yağışları 4 nəfərin ölümünə səbəb olub.

Unikal.org “Mint” nəşrinə istinadən xəbər verir ki, Tamilnad ştatında 60 ev dağılıb.

Noyabrın 9-dan 11-dək güclü musson yağışları davam edəcəyindən Tamilnad və onunla qonşu Andxra-Pradeş ştatlarına 20 xilasedici qrup göndərilib.