Bu gün gecə saatlarında güclü külək səbəbindən Bakı şəhərində 93 ağac və iri budaq sınıb.

Bu barədə Unikal.org-a Bakı Şəhər Yaşıllışdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilir ki, hazırda ağaclarin birliyin və kommunal xidmətlərin əməkdaşları tərəfindən ərazidən yığışdırılması prosesi aparılır.

Qeyd edək ki, ötən gün axşamdan başlayan güclü küləyin bu gün gündüz saatlarından etibarən mülayimləşəcəyi gözlənilir.