“Noyabrın 16-da erməni təxribatı nəticəsində şəhid olan əsgərlərimiz var”.

Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Sədr şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Daha sonra sədrin təklifi qəbul olunub və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Anar Kəlbiyev