Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Biznes idarəçiliyi fakültəsinin təşkilatçılığı və AFB Bankın dəstəyi ilə “Banklarda risklərin idarə edilməsi” mövzusuna həsr olunan təlimlər başa çatıb.

"Unikal"  xəbər verir  ki,  adıkeçən fakültənin dekanı Vüqar Nəzərov və AFB Bankın İdarə Heyətinin sədr müavini Şadiyyə Amanova təlimə qatılan tələbələrə səmərəli fəaliyyətlərində uğurlar diləyiblər. AFB Bankın müvafiq sturukturunun meneceri Anar İsmayılov “Banklarda risklərin idarə edilməsi” mövzusundakı çıxışı zamanı risklərin növləri, mövcud risklərdən yayınma, müxtəlif metodlar sayəsində risklərin azaldılması yolları, risklərin ötürülməsi və qəbul edilməsi kimi məsələlərə aydınlıq gətirib. Fakültənin müxtəlif ixtisas tələbələrinə təlimdəki fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.