Yevlaxda təmizlik işçisini maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Belə ki, yolda təmizlik işi ilə məşğul olan 1957- ci il təvəllüdlü şəhər sakini Bədəlova Solmaz İrşad qızını avtomobil vuraraq xəsarət yetirib.

Yaralı qadın xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

E.Muradlı