Bu il oktyabrın 26-da Füzuli aeroportunun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun bığının olmamasına işarə etmişdi. Əsgərov isə “Zəngilanda olacaq” deyərək növbəti aeroportun açılışına kimi bığ saxlayacağına söz vermişdi.

Unikal.org xəbər verir ki, ötən gün AZAL-ın Müşahidə Şurasının iclasında çəkilən və qurumun səhifəsində yayımlanan fotoda isə artıq C. Əsgərovun bığ saxladığı məlum olub.