"Mənim Ermənistanla bağlı mövqeyim ermənipərəst deyil, rusiyapərəstdir. Hesab edirəm ki, müttəfiqimiz Ermənistan zərər çəkibsə, “zəng kimin üçün çalır” sualına ehtiyac yoxdur, zəng Rusiya üçün çalır". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib. 

“Mən ötən il baş verənlərə “təkcə Ermənistana deyil, həm də Rusiyaya dəymiş böyük ziyan” kimi baxdım. Niyə? Ona görə ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olmaqla 30 il ərzində digər həmsədrlərlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin müstəsna olaraq sülh yolu ilə həllini dəstəkləyib. 2011-ci ildə Kazanda keçirilən görüşdən əvvəl Rusiya münaqişənin həllinə kifayət qədər yaxın idi, lakin o, pozulmuşdu", - deyə Zatulin bildirib. 

Zatulin onu da deyib ki, Azərbaycan Kəlbəcər və Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağın sərhədi boyu rayonların Azərbaycana verilməsinə düşmənçiliklə yanaşırdı:

"Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bu təklifə səciyyəvi erməni mövqeyi olduğunu deyərək qəti şəkildə necə cavab verdiyini çox yaxşı xatırlayıram. Nə baş verməsindən asılı olmayaraq, mən əminəm ki, bu kurs sonunda uğur qazanacaq".

Ağarza Elçinoğlu