Dünən Füzulidə minaya düşən hərbçilərdən birinin ayağı amputasiya olunub.

"Unikal" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu olan 2002-ci il təvəllüdlü Murad Məmmədzadə sol ayağı topuqdan aşağı amputasiya olunub.

Digər yaralı hərbçi, İmişli rayonu Cəfərli kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədzadə Sarib İdris oğlu sağ ayağına cərrahi müdaxilə edilərək əməliyyat olunub. Onun ayağı amputasiya olunmadan xilas edilib.

Qeyd edək ki, hər iki hərbçi dünən Füzuli rayonunun Şükürbəyli kəndinə xidmətdə olarkən piyada əleyhinə minaya düşüblər.