Çin Afrikaya COVID-19-a qarşı 1 milyard doza peyvənd verəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Çin Prezidenti Xi Cinpinq Çin-Afrika Əməkdaşlıq Forumunda bildirib. 

O, həmçinin Çin şirkətlərinin önümüzdəki 3 ildə Afrikaya ən az 10 milyard dollar sərmayə qoymağa təşviq ediləcəyini açıqlayıb. 

Çinin Afrikadan idxalının 300 milyard dollara çatacağı gözlənilir.

Ağarza Elçinoğlu