Türkiyəli müğənni Hande Yener estetik əməliyyat etdirib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, üzündəki dəyişikliklə diqqət çəkən sənətçi "Fransız askısı" prosedurunu etdirdiyini etiraf edib:

"Zamanı dayandırmaq asan deyil. Dolğu və botoks üzünüzü yuxarı qaldırmır. "Fransız askısı" etdirdim. Qırışların yaranmasına da, dərimin sallanmasına da icazə vermirəm. İdman da edirəm, bədənimə yaxşı baxıram. Hər şey qaydasındadır".