Cəlilabad Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rafiq Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, baş leytenant Şəmmədov Emil Habil oğlu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, E.Şəmmədov Vətən müharibəsi qazisidir.

Murad İbrahimli