Bu il Azərbaycanın gömrük orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2,8 min tondan çox narikotik vasitə aşkar edilib, qanunsuz dövriyyədən çıxarılıb.

"Unikal" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bunu qurumun sədr müavini Əsgər Abdullayev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin nümayəndə heyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, həmin narkotik vasitəsinin əsas hissəsi heroindir.