Prezident İlham Əliyevin Şuşada söhbətləşdiyi dörd yaşlı Asif dövlət başçısı ilə görüşündən danışıb.

"Unikal" xəbər verir ki, İTV-yə imüsahibə verən azyaşlı Prezidentlə görüşdən məmnunluğunu dilə gətirib.

“İlham baba bizim ürəyimizdir. Gəlməyinə sevindim. İlham baba mənə “general” dedi. Onu çox istəyirəm”.

Qeyd edək ki, dünən Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi Instaqram səhifəsində Şuşadan video paylaşıb. Videoda dörd yaşlı Asiflə Prezident İlham Əliyevin dialoqu yer alıb. M.Əliyeva paylaşımına “Şuşanın ən gənc general-leytenantı 4 yaşlı Asif” şərhini yazıb.