"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun anası Dolores Aveyro oğlunun karyerasını nə vaxt başa vurmaq istədiyindən danışıb.

"Unikal" xəbər verir ki, o, bununla bağlı açıqlamasında oğlunun 40 yaşına qədər oynamaq istədiyini bildirib. 

“Mən artıq ondan karyerasını başa vurduqdan sonra sonra məşqçi olmaq istəyib-istəmədiyini soruşdum. Cavab verdi ki, həyatdan həzz almaq istəyir. O, 40 yaşına qədər oynayacaq”, - deyə Aveyro qeyd edib.