Türkiyəli məşhur aktyor İlyas Salman 6 ilə qədər həbs oluna bilər. 

"Unikal" xəbər verir ki, bununla bağlı İstanbul Baş Prokurorluğunda məhkəmə iddiası qaldırılıb.

Buna səbəb aktyorun sosial şəbəkə üzərindən etdiyi paylaşım olub.  Belə ki, ötən il yanvarın 25-də sosial şəbəkədə “türk millətini alçaltma”ya dair paylaşımlar edən İlyas Salman Baş Prokurorluğa çağrılıb.  Aktyorun mart ayında Anadolu Məhkəməsində mühakimə olunacağı bildirilir. 

Qeyd edək ki, İlyas Salman məşhur "Hababam sinfi" filmində "Mehmet" obrazı ilə tanınıb. O, uzun illərdir fəaliyyətini teatr sahəsində davam etdirir.