Gəncə Uşaq Evinin məzunu Günay Vəliyevanın toy mərasimi keçirilib. 

"Unikal"ın məlumatına görə, gəlin şadlıq sarayına uşaq evindən çıxarılıb. Günay Vəliyeva 11 yaşından uşaq evində böyüyüb. Bu gün isə müəssisə öz məzununu Şəmkir rayonuna gəlin köçürür. Günay Vəliyeva Tural bəylə ailə həyatı qurur. Toy mərasimində rəsmilər iştirak edib.

Məlumat üçün bildirək ki, Günay Vəliyeva Samux rayonunda bir otaqlı evlə təmin edilib.

Tural Əhmədov