Bir neçə gün öncə xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 25 küçəsində yol yararsız vəziyyətə düşüb.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Unikal"a açıqlamasında bu barədə məlumatlı olduqlarını bildirib:

"Tərəfimizdən əraziyə baxış keçirildi. 2 il öncə həmin əraziyə asfalt çəkilib, amma xidmət idarələri tərəfindən orada kommunikasiya xətlərinin dəyişilməsi ilə əlaqədar işlər görülüb. Onlara da xəbərdarlıq edildi ki, problemi aradan qaldırsınlar. Məsələ yaxın zamanda həll olunacaq".

Qeyd edək ki, yolun bərbad halda olması, sakinlərin hərəkətinə və şagirdlərin məktəbə gedib-gəlməsinə mane olur. 

Seymur Əli