Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin üzvləri dünən yoldaşlıq oyunu keçirmək üçün səfər etdiyi Belçikada COVID-19 testi verib.

Federasiyadan "Unikal"-a verilən məlumata görə, oyunçulardan Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın nəticəsi isə şübhəli çıxıb.

Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karantinə alınacaq. Bu üzdən onlar Belçika ilə keçirilmiş yoldaşlıq matçında iştirak etməyib.