Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov özünə iki müşavir təyin edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, Z.Mikayılovun əmri ilə, müşavir vəzifəsinə Fuad Quliyev və Əsəd Şirinov təyinat alıb.

Qeyd edək ki, ASC-də sədrin müşaviri vəzifəsi yeni yaradılıb.

Hüseyn İsgəndərov