Londonun “İCE Futures” birjasında keçirilən hərracda “Brent” markalı neftin aprel fyüçersləri bahalaşıb.

“Unikal” quruma istinadən xəbər verir ki, neft 1,62 faiz bahalaşaraq 89,6 ABŞ dollarından satılıb.

Hərrac zamanı “Brent” nefti 90,01 ABŞ dollarına qədər qalxıb.

Sözügedən marka son dəfə 90 dollarlıq həddi 2014-cü ilin oktyabr ayında keçmişdi.