“Sabah” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

"Unikal" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Hiqor Qabriellə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Braziliyanın “Fluminense” klubunun yetirməsi olan 22 yaşlı oyunçu karyerası ərzində “Rio Branko”da da çıxış edib.