Ötən gün 1988-ci il təvəllüdlü Mirzəxanova Elnarə Minətulla qızı Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatar yoluna düşüb. Qadın stansiya yolundan çıxarılıb və Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Klinik Tibbi Mərkəzdən "Unikal"a verilən məlumata görə, qadın qapalı kəllə-beyin travması ilə dünən gecə saatlarında reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd olunub ki, qadının vəziyyəti ağır stabil olaraq qalır.