Bakının Azadlıq prospektində “Azadlıq Bağçalı evlər” adlı yaşayış kompleksinin hasarlanmış ərazisinin kənarındakı səkidə ağac kəsilib.

"Unikal" xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Paylaşımlarda qeyd olunub ki, həmin ərazidə səkidə olan ağaclar ilk olaraq budanır, müəyyən müddətdən sonra isə tamamilə ərazidən götürülür.