Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına qarşı görülən preventiv və profilaktik tədbirlərin keyfiyyətinin daha da yüksəldilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə ISO/PAS 45005:2020 beynəlxalq standart əsasında AZS ISO/PAS 45005:2022 “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri – COVID-19 pandemiyası zamanı təhlükəsiz işləmək üzrə ümumi rəhbərlik” yeni dövlət standartı qəbul olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "Unikal"a verilən məlumata görə, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə hazırlanan yeni standartın layihəsi t Xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən təsdiqlənib və standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartın tətbiqi pandemiya dövründə müəssisələrdə təhlükəsiz iş mühitinin yaradılması ilə yanaşı, onların davamlı və səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək.