Meliorasiya və Su Təsərrüfatı  Açıq Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.  

"Unikal"ın əldə etdiyi məlumata görə, ASC sədri Zaur Mikayılovun müvafiq əmri ilə Meliorasiya, su ehtiyatları və sudan istifadə edənlər birlikləri üzrə iş şöbəsinin  müdiri Əjdər  Cavadov vəzifədən çıxarılıb. 

ASC sədrinin digər əmri ilə  Elçin Məmmədov həmin şöbəyə rəhbər təyin edilib. 

Onu da qeyd edək ki, Elçin Məmmədov  Baş nazirin müşaviri Əhməd Əhmədzadənin bacısı oğludur.

Hüseyn İsgəndərov