Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda mübarizəyə başlayıb.

"Unikal" xəbər verir ki 19 yaşlı idmançı təsnifat mərhələsində 53,100 xala layiq görülüb və öz qrupunda lider olub.

Beləliklə, Mahsudova finala yüksəlib.

Qeyd edək ki, Dünya Kubokunda final mərhələsi fevralın 13-də olacaq.