Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsində növbəti cavab oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Neftçi" "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da oynanılan görüşdə "Neftçi" 3:1 hesabı ilə qalib gəlib və növbəti mərhələyə yüksəlib. Bu komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1.

"Neftçi" yarımfinalda "Səbail" - "Zirə" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 finala sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.

Azərbaycan Kuboku, 1/4 final

Cavab oyunu

12 fevral (şənbə)

16:00. “Sabah” – “Neftçi” - 1:3

Qol: Xuan Kamara, 41 (1:0), Emin Mahmudov, 61 (1:1), Ramon Maçado, 62 (1:2), 68 (1:3)

Qırmızı vərəqə: Aleksey İsayev, 75 ("Sabah"), Səlahət Ağayev, 75 ("Sabah")

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli

“Bank Respublika Arena”

İlk oyun - 1:1

13 fevral (bazar)

15:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev

Qəbələ şəhər stadionu

İlk oyun - 1:1

18:00. “Səbail” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov

“ASCO Arena”

İlk oyun - 0:4

 

11 fevral (cümə)

 

18:00. “Keşlə” – “Qarabağ” - 0:6