"Mançester Yunayted" İngiltərə Premyer Liqasında 24-cü tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, "qırmızı şeytanlar" evdə "Sauthempton"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Mançester Yunayted" - "Sauthempton" 1:1
Qollar: Ceydon Sanço, 21 - Çe Adams, 48

"Mançester Yunayted" 40 xalla turnir cədvəlinin 5-ci, Sauthempton" isə 29 xalla 10-cu pilləsində qərarlaşıb. Siyahıya 60 xalla "Mançester Siti" başçılıq edir.