Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa açıq turnirində Azərbaycan yığması ilk iki medalını qazanıb.

"Unikal" xəbər verir ki, 60 kq çəki dərəcəsində final görüşündə Samir Piriyev və Turan Bayramov üz-üzə gəlib. Bayramov qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vurub. Nəticədə o, qızıl, Piriyev isə gümüş medal əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Ruslan Paşayev 66 kq çəkidə bürünc medal görüşünə çıxacaq. Rəqib ispaniyalı Karlos Sotilyo Qomes olacaq.