Fransada "Marsel"lə “Qarabağ” arasında keçiriləcək Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək.

“Unikal” Fransa mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, məqsəd iki komandanın tərəfdarlarının bir-birindən ayrılmasını optimallaşdırmaq, stadionun ətrafını və şəhər mərkəzində ictimai asayişi qorumaqdır.

Qeyd edək ki, “Marsel” – “Qarabağ” matçı fevralın 17-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.