Fevralın 17-nə avtomobil yollarında vəziyyəti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a bildirilib ki, fevral ayının 17-də gecə və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Şəki-Qax-Zaqatala, Masallı-Yardımlı, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Xankəndi-Xocavənd, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli Göyçay-Ucar, Xaldan-Mingəçevir magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.