Futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçirilib.

"Unikal" xəbər verir ki, "Mançester Siti" öz meydanında "Tottenhem"i qəbul edib. Gərgin keçən görüşdə qonaqlar 3:2 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində "Tottenhem" xal ehtiyatını 39-a çatdıraraq 7-ci, "Mançester Siti" isə 63 xalla birinci yerdədir.