Pekin-2022 Qış Olimpiya Oyunları başa çatıb.

"Unikal" xəbər verir ki, bu gün son 5 medal dəsti sahibini tapıb.

Ümumilikdə yarışda 109 dəst mükafat oynanılıb. Norveç medal sıralamasında qalib adına yiyələnib. Fevralın 4-də açılışı olan yarışda 29 ölkə təmsilçiləri medal əldə edib. Onlardan 23-ü çempionluq sevinci yaşayıb.