İsveçrənin "Bazel" komandasının baş məşqçisi Patrik Rahmen istefaya göndərilib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssislə müqaviləyə uğursuz nəticələrə görə xitam verilib.

İsveçrəli baş məşqçini bu vəzifədə müvəqqəti olaraq Gilyermo Abaskal əvəzləyib.

Qeyd edək ki, "Bazel" UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olub. Ağdam klubu Bakıdakı ilk oyunda qolsuz heç-heçə etsə də, səfərdə rəqibinə 0:3 hesabı ilə uduzub.