Almaniya millisinin və "Bavariya"nın futbolçusu Tomas Müller koronavirusa yoluxub.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçudan götürülmüş analiz nəticəsi müsbət çıxıb.

Evində karantinə alınan təcrübəli oyunçunun xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, fevralın 26-də "Ayntraxta"a qarşı oynanılacaq Bundesliqa matçını buraxacaq.

Qeyd edək ki, Tomas Müller bu mövsüm Almaniya çempionatında meydana çıxdığı 23 qarşılaşmada 7 qol vurub.