İspaniyanın "Real Madrid" və "Barselona" komandaları arasında növbəti El-Klasikonun vaxtı açıqlanıb.

"Unikal" La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, əzəli rəqiblər martın 20-də üz-üzə gələcək.

Madriddəki "Santyaqo Bernabeu" stadionunda oynanılacaq qarşılaşma XXIX tura təsadüf edəcək.

Qeyd edək ki, iki komanda arasında cari mövsümün ilk hissəsində baş tutmuş görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 25 turdan sonra "Real Madrid" 57 xalla turnir cədvəlinə başçılıq edir. 24 oyun keçirmiş "Barselona" isə 42 xalla dördüncüdür.