Futbol üzrə Kosovo millisinin yeni baş məşqçisi bəlli olub.

"Unikal" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Fransa yığmasının sabiq futbolçusu Alen Jiress təyin edilib.

70 yaşlı mütəxəssislə 2023-cü ilin noyabrınadək müqavilə imzalanıb. Təcrübəli baş məşqçi bu vəzifədə Bernar Şallandı əvəzləyib.

Qeyd edək ki, 1984-cü ildə Fransa seçməsinin heyətində Avropa çempionu olmuş Alan Jiress Gürcüstan, Qabon, Mali, Seneqal və Tunis yığmalarına da başçılıq edib.