Ümumdünya Taekvondo Federasiyası (WTF) Rusiya Prezidenti Vladimir Putinə verilən fəxri 9-cu dan qara kəməri geri alacaq.

"Unikal" xəbər verir ki, bu barədə WTF-in rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar verilib. Həmçinin qurumun təşkil edəcəyi yarışlarda Rusiya və Belarusun dövlət bayraqlarına və himnlərinin səslənməsinə icazə verilməyəcək.

Putinə qara kəmər 2013-cü ilin noyabrında təqdim edilib.