"Qalatasaray"ın baş məşqçisi Domenek Torrent futbolçusu Arda Turanı komandanın heyətində görmək istəmir. 

"Unikal" "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 35 yaşlı hücumçunu qarşıdakı bir neçə həftə ərzində də komandanın heyətinə daxil etməyi düşünmür. Buna səbəb isə Ardanın fiziki cəhətdən və sürət baxımından digər oyunçulardan geri qalmasıdır. Ona görə də forvard mövsümün sonuna qədər yalnız məşqlərdə iştirak edəcək. Baş məşqçi Domenek Torrent məcbur qalmayacağı təqdirdə Arda Turanı meydana buraxmayacaq. 

Xəbərdə o da qeyd olunub ki, “Qalatasaray”la müqaviləsi bu mövsümün sonuna qədər olan Arda iyun ayında karyerasını bitirəcək. 

Əlavə edək ki, A.Turan “Qalatasaray”ın heyətində 2021/22 mövsümündə bütün turnirlərdə sadəcə 9 oyun keçirib.