“Hazırda “Qırmızı kitab”ın III nəşrinə hazırlıqlar gedir”.

"Unikal" xəbər verir ki, bunu Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, oxlu kirpi adlı heyvan növünün sayı çox olduğundan III nəşrdə adının siyahıdan çıxarılması planlaşdırılır:

“Gəmiricilər növünə aid olduğundan bir çox təhlükəli xəstəliklər yaya bilər. Bir neçə belə heyvan da var. Keçən nəşrə düşən heyvanlardan bir neçəsi bu dəfəki nəşrdən çıxarılacaq. Bəzi heyvanların da sayı bərpa olunur”.