“Billboard Women in Music Awards”ın qalibi məlum olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu il əsas mükafata müğənni Oliviya Rodriqo layiq görülüb.

Qeyd edək ki, Olivia Isabelle Rodrigo amerikalı aktrisa, müğənni, eyni zamanda bəstəkardır.

Bundan əlavə, Bonni Rayt ilin ikonası, Qabbi Barret isə əsas yüksələn ulduz kimi tanınıb.

Məlumat üçün bildirək ki, ötən il mükafatlar heç kimə verilməyib. 2020-ci ildə əsas mükafatı amerikalı hip-hop sənətçisi Cardi B. qazanıb. Müğənni Cennifer Lopez musiqi sənayesinə xidmətlərinə görə, ilin ikonası, kantri müğənnisi Dolli Parton isə 2020-ci ilin əsas hitmeykeri hesab edilib.